​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin idarələri ləğv edildi

16:33 | 07.04.2015
​

​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin idarələri ləğv edildi

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də struktur dəyişiklikləri edilib. 

"Report"un əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə qurumun Mənzil Kommunal Təsərrüfat İdarələri (MMTİ) ləğv edilib.

Qərar əsasında ləğv edilən MMTİ-lər Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat İdarələrinin ləğv olunması nəticəsində idarənin əməkdaşları işsiz qalıblar.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnzibati işlər və ictimaiyyətlə əlaqələr Departamenti bu məsələni şərh edərkən bildirib ki, həmin idarələr artıq qurumun balansında olmadığına görə əməkdaşları da işdən ayrılıblar: "Bəziləri imkan daxilində daxili yerlərdə yerləşdirilib. Amma digərləri kənarda qalıb".
Məlumata görə, MMTİ-lərin ləğvi nəticəsində 30-dan çox işçi işsiz qalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb