Azərbaycana gətirilən telefonlara - Qadağa

16:52 | 27.01.2015
Azərbaycana gətirilən telefonlara - Qadağa

Azərbaycana gətirilən telefonlara - Qadağa

Yanvar 9-da gömrükdə yaşanan problem bir neçə gündür yenidən təkrarlanıb.

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, yanvarın 22-dən etibarən hava limanında fəaliyyət göstərən gömrük xidməti ölkəyə gətirilən telefon və planşetləri saxlayıb. Telefon və ya planşetlərin şəxsi istifadə yaxud satış məqsədi ilə sifariş edildiyi yoxlanılır.

Bu müddət ərzində müştərilərə malların buraxılmaması ilə bağlı hər hansı məlumat verilməyib. Mallar xaricdən ölkəyə daxil olub, amma gömrük onları Poçt Xidmətinə təhvil vermir.

"Azərekspresspoçt”un rəis müavini Ağakazım Məmmədov açıqlamasında məlumatı təsdiqləyib. Bunun səbəbi ilə bağlı yalnız Gömrük İdarəsinin açıqlama verə biləcəyini deyib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dünən jurnalistlərə açıqlamasında bildirib ki, . "Bəzi işbazlar elektron ticarətdən vergidən yayınmaq üçün istifadə edirlər. Ötən ilin dekabr ayında MDB ölkələrinin gömrük xidmətləri rəhbərlərinin Şurasının sonuncu iclasında da Rusiya gömrük xidmətinin təşəbbüsü ilə artıq bu problem arayış olaraq hazırlanıb. Arayışda bu ticarət növünün bir problem olaraq ərsəyə gəlməsi, vergilərdən yayınması, müəyyən razılıq və lisenziyanın, qeydiyyat tələb olunan malların idxalı ilə bağlı və sair problem yaratdığı qeyd edilib. Azərbaycanda da mobil telefonlar idxal olunarkən müəyyən qeydiyyatdan keçməlidirlər. Buna görə də bu tip elektron ticarət qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır. Bizim borcumuzdur ki, ölkədə qoyulan qanunun riayət olunmasını təmin edək”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb