Azərbaycana qarşı təxribatçı jurnalist işdən qovuldu

15:55 | 25.08.2017
Azərbaycana qarşı təxribatçı jurnalist işdən qovuldu

Azərbaycana qarşı təxribatçı jurnalist işdən qovuldu

Bolqarıstanda dərc edilən "Trud” (Əmək) qəzetinin jurnalisti Dilyana Qaytanciyeva Azərbaycan aviaşirkəti vasitəsilə İŞİD-ə silah təchizatı barədə böhtan xarakterli məqaləsinə görə işdən qovulub.

anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə jurnalist qadın özünün "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, avqustun 24-də jurnalist Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinə çağırılaraq, Suriyadakı terrorçuların silahlarla təchizatı ilə bağlı sənədlərlə əlaqədar sorğu-sual edilib.

Bundan sonra o, "Trud” qəzetində tutduğu vəzifədən xaric olunub. Bir neçə gündən sonra Dilyana Qaytanciyeva Suriyaya növbəti dəfə səfər etməli idi.

Xatırladaq ki, bir müddət öncə Qaytanciyeva böhtan xarakterli məqalə yazmış və həmin məqalədə iddia etmişdi ki, guya "Silk Way” aviaşirkəti və Azərbaycan Hərbi-Hava Qüvvələri diplomatik aviareyslər adı altında silah daşıyır. Daha sonra Azərbaycan diplomatları və "Silk Way”in təmsilçiləri həmin məlumatı təkzib etmişdilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb