Azərbaycanda bağlanan dükanların sayı açıqlandı

15:59 | 15.08.2016
Azərbaycanda bağlanan dükanların sayı açıqlandı

Azərbaycanda bağlanan dükanların sayı açıqlandı

Ölkədə alış-verişlə məşğul olmaq get-gedə çətinləşir.

Azərbaycanda alış-verişlə məşğul olmaq get-gedə çətinləşir. Təkcə ötən il ərzaq və qeyri-ərzaq malları satan 727 dükan bağlanıb. 

ANN.Az Azadlıq.org-a istinadən xəbər verir ki, bu məlumatı Dövlət Statistika Komitəsi "Azərbaycanda ticarət” statistik toplusunda açıqlayıb. 

2014-cü ildə ölkədə 61 min 742 pərakəndə ticarət obyekti vardısa, ötən ilin sonuna bu göstərici 61 min 15-ə enib. Təkcə Mingəçevirdə 265, Gəncədə 186, Lənkəranda 117 dükanın qapısına qıfıl asılıb. 

Ticarət yalnız paytaxt Bakıda öz axarıyla gedib. Açılan dükanların sayı bağlananları 180 ədəd üstələyib. Bu ilin əvvəlinə paytaxtdakı ticarət obyektlərinin sayı 21 min 69-a yüksəlib.

İstər ekspertlər, istərsə alış-verişlə məşğul sahibkarlar bütövlükdə ticarətdəki geriləmənin neft pullarının azalmasından və nəticədə manatın dəyərsizləşməsindən qaynaqlandığını düşünürlər.

Əhalinin gəlirlərinin azalması, bir çoxlarının ailə büdcəsinə sərt qənaəti də ticarətə təsirsiz ötüşməyib. Alveri azalan, vergi ödəməkdə çətinlik çəkən dükan sahibləri bir müddət işlərinə ara verməyə məcbur qalıblar.

Son illər Bakıda və digər iri şəhərlərdə çoxsaylı super və hipermarketlər şəbəkəsinin yaranması da xırda dükanların sıradan çıxmasında az rol oynamır.

Ötən il ölkədəki ticarət obyektlərinin sahəsi 2% daralaraq 3,3 milyon kvadratmetrə enib. Bunun 57%-i (1 milyon 878,5 min kvadratmetri) Bakıdadır. İl boyu paytaxtdakı mağazaların sahəsi 50 min kvadratmetr genişlənib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb