Azərbaycanda cəmi 3 şəhər və 2 rayon özünü təmin edir

14:49 | 18.02.2016
Azərbaycanda cəmi 3 şəhər və 2 rayon özünü təmin edir

Azərbaycanda cəmi 3 şəhər və 2 rayon özünü təmin edir

Son dövrlərdə regionların inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarının vergi potensialı artırılıb.

ANN.Az xəbər verir ki, Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə, Bakı şəhəri istisna olmaqla, respublikanın rayon və şəhərləri üzrə gəlirlər 593,4 milyon manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 18,9 faiz artım deməkdir.

Yerli gəlirləri hesabına xərclərini tamamilə ödəyən Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, İmişli və Abşeron rayonlarına 2016-cı ildən Naftalan şəhəri də əlavə olunub.

Bundan əlavə, vergi daxilolmalarının uçotu sahəsində də müəyyən uğurlara nail olunub. Belə ki, Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi yaradılıb, vergi daxilolmaları maksimal dərəcədə avtomatlaşdırılıb və "Elektron hökumət” çərçivəsində digər dövlət qurumları ilə inteqrasiya edilib.

Hazırda bütün büdcə və büdcədənkənar dövlət fondlarının daxilolmalarının avtomatik emalı həyata keçirilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM