Azərbaycanda dini-ekstremizm təhlükəsi varmı? - AÇIQLAMA

16:06 | 27.01.2014
Azərbaycanda dini-ekstremizm təhlükəsi varmı? - AÇIQLAMA

Azərbaycanda dini-ekstremizm təhlükəsi varmı? - AÇIQLAMA

Son zamanlar Azərbaycanda dini-ekstremist qruplar arasında münaqişələrin daha da kəskinləşdiyi müşahidə olunur. Belə fikir səslənir ki, ölkədə hər hansı qarşılıqlıq olarsa, həmin qüvvələr mövcud vəziyyətdən kifayət qədər yararlanmağa çalışacaqlar. Radikal qüvvələr istər forma, istərsə də mübarizə prinsiplərinə görə məlum olsa da, konstruktiv mübarizə yolu seçən dini-ekstremist qüvvələrin Azərbaycan üçün təhlükəsini bir o qədər də nəzərə alınmır desək, yanılmarıq.

Nəzərə alsaq ki, son günlər Türkiyədə baş verənləri hakim partiya ilə məlum cərəyanın (camaat və ya nurçu-fətullahçı qüvvələr) nümayəndələri arasında savaş kimi təqdim edirlər. Hakim partiya içinə sızmış camaat nümayəndələrini kənarlaşdırmaqda davam edir. Həmin camaatçı qüvvələrin kifayət qədər güclü şəkildə Azərbaycan uzantıları da mövcuddur. Bütün bunlara rəğmən, Azərbaycan üçün təhlükə nə qədər ciddidir?

ANN.Az-a açıqlamasında ilahiyyatçı alim Cavid Alışov həmin təhlükənin episentri və əhatə dairəsi haqqında danışıb.C.Alışov açıqlamasında ölkə üçün ən təhlükəli cərəyanın vəhhabizm olduğuna diqqət çəkib: "Ölkədə dini-ekstremist qruplar arasında münaqişələr son zamanlar daha da kəskinləşib. Bu fikri ancaq sələfi düşüncəsinə aid cərəyanlara aid eləmək olar. Çünki Azərbaycanda heç bir zaman dini zəmində qarşıdurma yaşanmayıb. Hesab edirəm ki, vəhhabizm cərəyanı islam dünyasını radikalizmə sürükləmək üçün həyata keçirilən qərbin ən uğurlu layihəsidir. Belə qrupların silahlanmasına gəldikdə isə onlar, zatən silahlıdır. Təkcə islam dünyası üçün deyil, bəşəriyyətə çox ciddi təhlükə vəd edir. Hesab edirəm ki, son iki ayda sələfilərin Azərbaycanın müxtəlif rayonlarında silahlı davranışları yaxın gələcəkdə daha böyük həcmdə terror aktları edəcəkləri üçün mesajdır”.

Ekspert açıqlamasında Türkiyədə baş verənlərə də toxunub və onu Azərbaycanla müqayisə edib: “Türkiyədə baş verənlərin Azərbaycanda təkrarlanmasına gəldikdə isə bu, inandırıcı görsənmir. Çünki Azərbaycan hakimiyyəti ilə Türkiyə hakimiyyəti arasında ciddi fərq var. Həm beynəlxalq ictimaiyyətin münasibəti, həm də xalq-hakimiyyət münasibətləri bu cür düşünməyə əsas verir”.

SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb