Azərbaycanda ər-arvad intihar etdi

15:48 | 03.01.2019
Azərbaycanda ər-arvad intihar etdi

Azərbaycanda ər-arvad intihar etdi

Yanvarın 2-də Quba rayonunda intihar hadisəsi baş verib.

Anews.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, rayonun Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Məlumata görə, beş gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı - 1969-cu il təvəllüdlü Səməd Bədirxanov özünü yaşadığı evin talvarından asaraq intihar edib.

Bildirilir ki, ailədə ciddi problemlər olub, Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub.

Hər iki faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb