Azərbaycanda güclü külək əsəcək, yağış yağacaq

16:27 | 06.10.2014
Azərbaycanda güclü külək əsəcək, yağış yağacaq

Azərbaycanda güclü külək əsəcək, yağış yağacaq

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək və güclənəcək. Havanın temperaturunun gecə və gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

Azərbaycanın rayonlarında da oktyabrın 7-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 5-8 dərəcə isti olacaq.

 

Oktyabrın 7-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksəlməsi gözlənilir ki, bu da əksər  meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb