Azərbaycanda hansı ərzaqlar bahalaşıb? - SİYAHI

14:39 | 06.06.2014
Azərbaycanda hansı ərzaqlar bahalaşıb? - SİYAHI

Azərbaycanda hansı ərzaqlar bahalaşıb? - SİYAHI

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ilin may ayında buğda ununun, qarabaşaq yarmasının qiymətində bahalaşma müşahidə edilib. 
Bununla belə mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın, sarımsağın, kartofun, qurudulmuş üzümün, qurudulmuş xurmanın, şəkər tozunun qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiymətlərində isə bahalaşma olub. 
Komitədən həmçinin vurğulanıb ki, bu ilin ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb. Bununla belə, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşma müşahidə edilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb