Azərbaycanda malların gömrükdən keçirilməsi asanlaşdı

16:04 | 05.01.2016
Azərbaycanda malların gömrükdən keçirilməsi asanlaşdı

Azərbaycanda malların gömrükdən keçirilməsi asanlaşdı

Azərbaycanda Dövlət Gömrük Komitəsinin "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyəmnamə” xidməti elektronlaşdıraraq "Elektron Hökumət” portalına (e-gov.az) inteqrasiya edilib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, bundan sonra vətəndaş Azərbaycanın gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək.

Bunun üçün vətəndaş e-gov.az portalına daxil olaraq elektron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə”ni seçib, gömrük bəyannaməsini doldurub, çap edib, sərhəddəki gömrük əməkldaşına təqdim etməlidir.

Proses isə çox sadədir. Vətəndaş xidmətin üzərinə vuraraq açılan pəncərədə passport nömrəsini, doğum tarixini qeyd edərək irəli düyməsini seçir, sonra portal üzərindən FİN-ə uyğun olaraq tanınan kimliyini təsdiq edib, gəldiyi və getdiyi ölkənin istiqamətini seçir.

Daha sonra açılan pəncərədə müvafiq kateqoriyanı (valyuta, nəqliyyat vasitəsi, bəyan olunan mallar, müşaiyət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar, ölmüş şəxslər, tabutdakı meyitlər, urnadaki küllər və s.) seçərək, bəyannamədə yanlış məlumat göstərdikdə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıdığı xəbərdarlığını alaraq, daxil etdiyi məlumatların doğru olduğuna əmin olub "təsdiq et” düyməsini vurur.

Nəticədə hazırladığı bəyannamə Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınır və vətəndaşa qeydiyyat kodu göndərilir. Bununla da vətəndaş "çap et” düyməsini sıxaraq gömrük bəyamnaməsini çap edib, gömrük xidmətinə təqdim edə bilir.

Qeyd edək ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili gömrük sahəsində işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək.

Bununla da Dövlət Gömrük Komitəsinin "Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb