Azərbaycanda müəllim 9 yaşlı şagirdə aşiq olub, onunla evləndi - VİDEO

13:58 | 29.11.2018
Azərbaycanda müəllim 9 yaşlı şagirdə  aşiq olub, onunla evləndi - VİDEO

Azərbaycanda müəllim 9 yaşlı şagirdə aşiq olub, onunla evləndi - VİDEO

Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı ilginc fakt açıqlanıb.

azxeber.com-un məlumatına görə, "Yeni Müsavat"ın canlı yayımında məktəbin direktoru Tural Mirzəliyev həmin məktəbdə müəllim işləyən Rövşən Əzizovun 9 yaşlı qıza aşiq olduğunu və onunla ailə qurduğunu deyib. 
 
Direktor adıçəkilən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub:

"Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdm və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq". 

Direktor daha sonra qeyd edib: Mənə də maraqlıdır ki, nəyə görə belə hallar gizlədilib. 

Qeyd edək ki, T.Mirzəliyevin həmin açıqlamasını təqdim edirik:


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb