Azərbaycanda nağdsız ödənişlərin həcmi artdı

18:19 | 05.12.2016
Azərbaycanda nağdsız ödənişlərin həcmi artdı

Azərbaycanda nağdsız ödənişlərin həcmi artdı

Cari ilin oktyabr ayında Azərbaycan daxilində POS-terminallar vasitəsilə 49 milyon manat həcmində nağdsız ödənişlər həyata keçirilib. 
 
Bu barədə "Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr ayları ərzində bu ödənişlərin həcmi 411 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon manat və ya 25,7% çoxdur.

Hesabata əsasən, ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 2016-cı ilin oktyabrında 25 milyon manat olub. Bu ilin ilk 10 ayı ərzində isə ümumilikdə 265 milyon manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə eyni səviyyədədir.

Beləliklə, cari ilin ilk 10 ayı ərzində bankomat və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi illik müqayisədə 84 milyon manat və ya 14% artaraq 676 milyon manata çatıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM