Azərbaycanda nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb

10:39 | 24.11.2022
Azərbaycanda nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb

Azərbaycanda nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb

2022-ci ildə Azərbaycanda nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib. 
 
"Bu gün ölkə banklarının 84%-i mobil proqramlardan istifadə edir, bank müştərilərinin əməliyyatlarının 77%-i elektron bankçılıq (mobil və internet bankçılıq) vasitəsilə həyata keçirilir. İnternet bankçılığa gəlincə, bu ilin 10 ayı ərzində əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55%, mobil bankçılıq vasitəsilə aparılan əməliyyatlar 3 dəfə artıb. Bunlar kifayət qədər yaxşı göstəricilərdir”, - Kazımov cümə axşamı VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

O, həmçinin qeyd edib ki, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin xüsusi çəkisi 42%-i ötüb ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur.

"Ümumilikdə, ölkə daxilində nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 20 milyard manata yaxın olub", - Kazımov vurğulayıb.

Təmassız ödənişlərə gəlincə, Mərkəzi Bankın sədri qeyd edib ki, ödənişlərin sayı 3 dəfə, həcmi isə 2,1 dəfə artıb.
 
 
N.Təbrizli
Aytac Şirəliyeva

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb