Azərbaycanda qar yağacaq, güclü külək əsəcək

16:43 | 31.01.2019
Azərbaycanda qar yağacaq, güclü külək əsəcək

Azərbaycanda qar yağacaq, güclü külək əsəcək

Azərbaycanda növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 2-də gündüz və 3-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.


Fevralın 2-3-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti