Azərbaycanda qəbirlər dağıdıldı

14:00 | 28.08.2017
Azərbaycanda qəbirlər dağıdıldı

Azərbaycanda qəbirlər dağıdıldı

Hadisəni törədənlərin axtarışı aparılır

Qəbiristanlıqdakı qədim qəbirlər qazılıb, baş daşları isə sındırılıb.

İstiPress-in cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonunun Türkelli kəndindəki baş verib. Buradakı tarixi orta əsrlərə aid olan bir neçə qəbir axşam saatlarında naməlum şəxslər tərəfindən qazılıb. Kəndlilər mövcüd hadisə baş verməmişdən bir neçə gün öncə qəbiristanlığa iki nabələd qadının həmin qəbirlər ətrafında gəzdiyini görüblər.

Qazıntı nəticəsində qəbirdəki insan sümüklərinin bir qismi də bayıra çıxarılıb. Bundan başqa, məzarlığın müxtəlif ərazilərindəki tarixi eyni dövrə aid olan bir çox baş daşları küt alətlər vastəsi ilə sındırılıb. Yerli sakinlərin sözlərinə görə, qəbirlər qiymətli qızıl zinət əşyalarının axtarılması məqsədi ilə qazılıb.

Qeyd edək ki, bu Türkelli kənd qəbiristanlığında baş verən ilk hadisə deyil. Bir müddət əvvəl də buradakı qədim qəbirlərin bir qısmi qazılaraq üzərindəki tarixi baş daşları naməlum şəxslər tərəfindən oğurlanmışdı.

Tarixçilərin sözlərinə görə, Türkelli kəndindəki mövcud qəbir abidələri XVI-cı əsrə aid sufiliklə bağlı olan qəbirlərdir. Bura tarixən ziyarət yeri olub. Lakin bəzi insanlar burada qiymətli  zinət əşyalarının gizlədilməsini zənn ediblər. Artıq hadisə ilə bağlı polisə məlumat verilib. Hadisəni törədinlərin tapılması istiqamətində araşdırmalar aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM