Azərbaycanda rəis yol qəzasına düşdü – VİDEO

09:21 | 23.09.2016
Azərbaycanda rəis yol qəzasına düşdü – VİDEO

Azərbaycanda rəis yol qəzasına düşdü – VİDEO

Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunun Qurunba kəndi ərazisində yol qəzası baş verib.

ANN.Az Report-a istinadən xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında Lerik Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinə aid iki avtomaşın toqquşub.

Əks istiqamətlərdə hərəkətdə olan "Hundai” və "Fiat” markalı avtomobillərin toqquşması zamanı ciddi xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. 

Polis əməkdaşı olan Lerik rayonu Günəşli kənd sakini Samir Hüseynovun idarə etdiyi avtomaşında qəza zamanı Post Patrul Xidmətinin rəisi, Lənkəran sakini Rusif Canməmmədov da olub.
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM