Azərbaycanda “Şahdəniz-3” layihəsi başlanacaq

09:58 | 13.03.2014
Azərbaycanda “Şahdəniz-3” layihəsi başlanacaq

Azərbaycanda “Şahdəniz-3” layihəsi başlanacaq

Layihə çərçivəsində 2025-ci ildən sonra hasilata başlanacaq.Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov məlumat verib.Onun sözlərinə görə, geofiziki axtarış üçün artıq partnyorlarla razılaşma əldə olunub.SOCAR rəsmisi qeyd edib ki, ərazi çətin olduğundan yüksək texnologiyalar lazım olacaq.“Bu struktur hazırda həyata keçirilən layihə ərazisi içində tapılıb. Neçə quyunun olacağı hələ bilinmir.“Şahdəniz” yatağının birinci və ikinci mərhələsində hasilat 1,2 trilyon kubmetrdir. “Şahdəniz-3” layihəsinin həyata keçirilməsi nəticəsində əlavə yarım trilyon kubmetrin əldə olunacağı planlaşdırılır. Beləliklə, cəmi 1,7 trilyon kubmetr qaz olacaq”, -deyə, o bildirib.V.Bəylərbəyov bildirib ki, əsas məqsəd qaz hasilatının “Şahdəniz-2” layihəsi çərçivəsində əldə edilən pik səviyyəsini saxlamaqdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb