Azərbaycanda “Şairlər günü” keçiriləcək

09:59 | 23.05.2014
Azərbaycanda “Şairlər günü” keçiriləcək

Azərbaycanda “Şairlər günü” keçiriləcək

İyun ayının 5-də Azərbaycanda "Şairlər günü" qeyd olunacaq. ANS PRESS-in məlumatına görə, bu barədə AYB mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza tərəfindən bildirilib. Onun sözlərinə görə, hələ dörd il əvvəl Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən il daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Qonaqlar arasında Yeşim Ağaoğlu (Türkiyə), Ender Balkır (Türk xalq musiqisi sənətçisi), Mehmet Özkaya (Türk sənət musiqiçisi sənətçisi), Gülay Sezer (Türk sənətçisi), Yakup Ömeroğlu (Avrasiya Yazarlar Birliyi başqanı), Dmitro Stus (Ukrayna), Mixail Sinelnikov (Rusiya), Dalmira Tilepbergenova (Qırğızıstan), Şukratulla Rızayev (Özbəkistan), Giorgi Kekelidze (Gürcüstan) kimi tanınmış insanlar olub."Bu ilki "Şairlər günü"ndə də Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək. Bu, həm bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndəsinə olan hörmətin təzahürüdür" - deyə AYB-nin mətbuat katibi Xəyal Rza bildirib."Şairlər günü" Türkiyə Böyükelçiliyi Kültür və Tanıtım Müşavirliyinin dəstəyi ilə bu il Muğam Mərkəzində keçiriləcək.Qeyd edək ki, "Şairlər günü"nün 5 iyun seçilməsi də təsadüfi deyil. Həmin gün böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM