Azərbaycanda tikilən yeni vağzal - Fotolar

14:51 | 30.11.2015
Azərbaycanda tikilən yeni vağzal - Fotolar

Azərbaycanda tikilən yeni vağzal - Fotolar

Sumqayıtda vağzal binası tikilir.
 
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, sərnişin stansiyasının inzibti binasının tikintisi davam edir.

Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir. Dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub.

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun müasirləşdirilməsi görülən işlər sırasındadır. 2015-ci ilin sentyabr ayında sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt sərnişin stansiyasının binası yararsız halda olduğu üçün sökülüb. Onun yerində yeni inzibati binanın tikintisinə başlanılıb.
 
 
Artıq binanın özülü tökülüb. Yeni inzibati bina ikimərtəbəli, müasir üslubda olacaq. Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq.

İlkin olaraq, hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası tikilib. Hazırda bu otaqlarda tamamlama işləri aparılır.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM