Azərbaycanda yeni doğulan uşağın gözü kor olub - Həkim səhlənkarlığı

20:02 | 27.11.2016
Azərbaycanda yeni doğulan uşağın gözü kor olub - Həkim səhlənkarlığı

Azərbaycanda yeni doğulan uşağın gözü kor olub - Həkim səhlənkarlığı

İki ay əvvəl dünyaya göz açmış körpə dünya işığından məhrum qalıb.

Valideynləri buna səbəb kimi doğuş həkiminin səhlənkarlığını göstərirlər. Çünki uşağın aparıldığı həkimlər gözün korluğunu doğuş zamanı aldığı travma ilə əlaqələndirirlər.

Maraqlısı budur ki, uşağın valideynləri doğuşdan sonra körpənin gözündə qızartı hiss ediblər və bu barədə doğuş həkiminə məlumat veriblər. Həkim isə bunun adi infeksiya olduğunu və narahatlığa əsas olmadığını deyib.

Uşağın anası Cəlilabad rayon sakini Şərqiyyə Vəliyevanın doğuşu Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinikasında baş tutub. Doğuşu həyata keçirən Zülfiyyə həkimlə əlaqə saxladıq. O, doğuş zamanı körpənin travma almaq ehtimalının olmadığını dedi. Onun sözlərinə görə, əgər uşağı kor edə biləcək qədər ağır travma olsaydı, körpədə bunun əlamətləri kəskin şəkildə özünü biruzə verərdi.

Həkim uşağın öz hesabına təkrar müayinədən keçirilməsinə belə razı olduğunu deyir və problemin həkim səhlənkarlığından qaynaqlanmaması israr edir.   
ANN.Az Xəzər Xəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM