Azərbaycanda yeni inkişaf proqramları hazırlanır

20:22 | 24.02.2016
Azərbaycanda yeni inkişaf proqramları hazırlanır

Azərbaycanda yeni inkişaf proqramları hazırlanır

İpoteka kreditlərinin xeyli hissəsinin regionlara verilməsi nəzərdə tutulur

Azərbaycanın 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi qlobal sarsıntılar şəraitində hazırlanan ən alternativ büdcədir. "Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Caspian European Club"un (Сaspian Business Club) bu gün keçirdiyi biznes-forumda bildirib.
Onun sözlərinə görə, büdcə gəlirlərinin, neftdən gələn gəlirlərin azalmasına baxmayaraq, olkin olaraq nəzərdə tutulan sosial proqramların həllinə maneçilik yoxdur: "Nə dərəcədə nəzərdə tutulmuşdursa, hətta artıqlaması ilə həyata keçirilir".

"Məsələn, sosial proqramların, sosial müdafiə xərclərinin 600 mln. manatdan çox artırılması nəzərə tutulur. İlk növbədə qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafı hesabına vergi daxilolmaları artacaq. Əgər neft gəlirləri üzrə vergi daxilolmaları 180 mln. manat azalacaqsa, qeyri-neft sektorunun inkişafı hesabına büdcə gəlirləri artacaq. Eyni zamanda, büdcə xərcləri də artıb ki, əsas məqsəd dövlət büdcəsinin cari xərclərini ödəməkdir. Sosial proqramlar, əhalinin sosial müdafiəsi, əməkhaqlarının artması, təqaüdlərin vaxtında verilməsi və s. ilə əlaqədar xərclər də artacaq. 2016-cı ilin dəqiqləşdirilmiş büdcəsi bizim üçün qlobal sarsıntılar şəraitində hazırladığımız ən alternativ büdcədir", - deyə Z.Səmədzadə qeyd edib.

Komitə sədri bildirib ki, sahibkarlığın inkişafına böyük imkanlar yaradılır, güzəştli kreditlər verilir: "Rayonların üzərinə konkret vəzifələr qoyulub ki, hər bir rayonun il ərzində fəaliyyəti qiymətləndirilərkən sahibkarlıq mühitinin yaxşılaşdırılması, iş yerlərinin yaradılması nəzərə alınacaq. Sahibkarlar üçün ən güzəştli şərtlərlə kreditlər veriləcək. Yoxlamalar azalır, şəffaflıq artır ki, bu da bütövlükdə investisiya mühitini yaxşılaşdıracaq"

"Biz əhalinin işlə təminatını gücləndirmək üçün üzümüzü rayonlara tutmalıyıq. Hazırda üzümçülük, şərabçılıq, ipəkçilyin inkişafı üçün müəyyən proqramlar hazırlanır. Emal sənayesinin strukturu, yeyinti sənayesi, maşınqayırmanın, xüsusilə də regionlarımızın inkişafına çalışırıq. Həmçinin, ipoteka kreditlərinin xeyli hissəsinin regionlara verilməsinə çalışırıq", - deyə millət vəkili əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb