Azərbaycanda yeni laboratoriyalar istifadəyə veriləcək

17:49 | 15.04.2020
Azərbaycanda yeni  laboratoriyalar istifadəyə veriləcək

Azərbaycanda yeni laboratoriyalar istifadəyə veriləcək

Bu həftənin sonuna qədər Şəkidə, gələn həftədən isə Sumqayıtda  PCR aparatlarla təmin edilmiş  yeni laboratoriyalar istifadəyə veriləcək", bunu 
 TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 

O, bildirib ki, virusun ölkədə hansı genotipinin müəyyənləşdirilməsi üzərində də iş aparılır. Bu işə  Dövlət proqramı çərçivəsində xaricdə oxumuş mütəxəssislər də çəlb edilib.
 
"Bu virusun hansı tipinin  Azərbaycanda yayılması olduqca vacibdir. Biz bu istiqamətdə ciddi işləyirik. Naxçıvan MR və Gəncə şəhərində də PCR aparatlarla təchiz edilmiş laboratoriyalar yaradılıb",  -  deyə Bayramlı bildirib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM