Azərbaycanın istedadlı uşaqlarını dünya səviyyəsində tanıdan layihə - FOTOLAR

19:03 | 21.10.2015
Azərbaycanın istedadlı uşaqlarını dünya səviyyəsində tanıdan layihə - FOTOLAR

Azərbaycanın istedadlı uşaqlarını dünya səviyyəsində tanıdan layihə - FOTOLAR

Oktyabrın 21-də Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin tərkibində yaradılan Məktəblilərin Olimpiadalara Hazırlıq Mərkəzinə mediatur təşkil olunub. Təhsil Nazirliyinin tabeliyində olan bu liseylə bərabər digər təhsil müəssisəsində - Kimya-Biologiya Təmayüllü Liseyin də nəznində belə mərkəz fəaliyyət göstərir.

ANN.Az xəbər verir ki, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə yaradılan hər iki mərkəz zəruri maddi-texniki baza ilə təhciz edilib. Şagirdlər dövlət hesabına gündəlik yeməklə, ehtiyac yarandıqda isə yataqxana ilə təmin olunurlar. Fənn olimpiadaları və bilik yarışları istedadlı şagirdlərin aşkar olunmasına xidmət edir. Ötən tədris ilində 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb və bu göstərici əvvəlki illərlə müqayisə də 4,5 dəfə çoxdur. Bu il həmçinin Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında 48-ci yer tutub, məktəblərimiz dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar.

Olimpiadalara Hazırlıq Mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20 nəfər isə IX-XI sinif şagirdi seçilib. Seçilmiş şagirdlərə fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələləri keçirilir. Eyni zamanda tədris ili ərzində həmin şagirdlər bir neçə sınaq imtahanı keçirəcək və nəticələrə əsasən, ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcəklər. Şagirdlər həm qış, həm də yay tətili dövründə qış-yay olimpiada məktəblərinə cəlb ediləcəklər.

Təhsil Nazirliyinin əməkdaşı, Respublika və Beynəlxalq Fənn Olimpiadalarının Təşkili üzrə koordinatoru Fuad Qarayev Məktəblilərin Olimpiadalara Hazırlıq Mərkəzinin nazir Mikayıl Cabbarovun müvafiq əmri əsasında yaradıldığını deyib. O, həm Fizika-Riyaziyyat və İnformatika Təmayüllü, həm də Kimya-Biologiya Təmayüllü Liseyin nəzdindəki hər iki olimpiada mərkəzlərinin fəaliyyətindən söz açıb: "Bu liseylər çoxdan fəaliyyət göstərir və olimpiada mərkəzlərinin bu təhsil müəssisələrində yaradılması daha məqsəduyğun hesab olunub".

Onun sözlərinə görə, olimpiada mərkəzlərinin yaradılmasında əsas məqsəd Azərbaycan məktəblərinin beynəlxalq təhsil yarışmalarında daha yüksək nəticələr əldə etməkdir: "Azərbaycan məktəbləri 1992-1993-cü illərdən beynəlxalq fənn olimpiadlarında iştirak edirlər. Bizim beynəlxalq fənn olimpiadalarında, xüsusilə fizika, kimya, biologiya, riyaziyyat, informatika fənnləri üzrə yetərincə və çox ciddi nailiyyətlərimiz var. Bu il şagirdlərimizin qatıldığı olimpiadalarda qızıl, gümüş bürünc medallar qazanmışıq. Keçən il Azərbaycan məktəbləri riyaziyyat və digər dəqiq fənlər üzrə beynəlxalq fənn olimpiadalarının hamısında nailiyyətlərlə geri döndülər.  Son beş ildə beynəlxalq biologiya olimpiadası üzrə uğur qazana bilmirdik. Keçən il Gəncə məktəblisi olan şagirdimiz bürünc medal əldə etdi. Bu il isə  Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında 48-ci yer tutdu. Məktəblərimiz dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazandılar. Ola bilsin, bəzi insanlar bunu anlamırlar. Amma qeyd olunmalıdır ki, beynəlxalq olimpiadalara ölkə daxilində keçirilən olimpiadalarda qalib olan və ən güclü şagirdlər göndərilirlər".

Təhsil Nazirliyinin rəsmisi qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq olimpiadalara 200-250 nəfərlik heyətlə qatılırsa, deməli respublikada təhsilin səviyyəsi çox yüksəkdir: "Azərbaycan təhsilinin məktəbli səviyyəsində nümayiş etdirmə yollarında biri beynəlxalq olimpiadalarda nailiyyətlərin əldə olunmasıdır. Bu olimpiada mərkəzlərinin yaradılmasında da əsas məqsəd şagirdlərin beynəlxalq, ümumiyyətlə, respublikadaxili bilik yarışmalarında yüksək səviyyədə iştirakını təmin etməkdir".

Fuad Qarayev bildirib ki, keçən il pilot layihə olaraq Bakı və Sumqayıtın ən yaxşı 35-40 məktəbi arasında aşağı sinif şagirdləri arasında fənn müsabiqəsi təşkil olunub: "Fənn müsabiqəsi nəticəsinə əsasən, yaxşı nəticə göstərən şagirdləri olimpiada mərkəzlərinə cəlb etdik. Burada tədris ili boyunca həmin şagirdlərlə xüsusi proqram üzrə mütəmadi dərslər apardıq, bu şagirdlər üçün Yay Olimpiada Məktəbləri təşkil olunub. Həmin məktəblər əsasında da onlar olimpiada mərkəzlərinə seçilmiş oldular. Seçim turu bu ilin əvvəlində olub. Turun nəticəsinə əsasən (seçim turunda aşağı yaş qruplu şagirdlər arasından təxminən 300-ə yaxın şagird iştirak edirdi) fənlər arasında 20-25  nəfərlik qruplar düzəldərək, olimpiada hazırlıq işlərinə başladıq. Olimpiada mərkəzində hazırlıq işləri iki yaş qrupları üzrə aparıldı: Yuxarı yaş qrupu və aşağı yaş qrupu. Yuxarı yaş qrupu üzrə işlərin aparılmasında əsas məqsəd 2016-ci ildə keçiriləcək beylnəlxalq fənn olimpiadları arasında şagirdləri hazırlamaq və onların nailiyyətlər əldə etməsini təmin etməkdir.  Aşağı yaş qruplarında aparılan hazırlıq işlərində məqsəd isə  növbəti olimpiadalarda məktəblilərin daha yaxşı çıxışını təmin etməkdir". 

Nazirlik rəsmi Azərbaycanın bütün bölgələrində istedadlı uşaqların olduğunu vurğulayıb: "Niyyətimiz həmin istedadlı uşaqları aşkar etməkdir. Onlar arasında sağlam rəqabət hissi oyadaraq potensiallarını artırmaq fikrindəyik. Onların potensiallarından təhsil sahəsində istifadə etmək lazımdır. Bu gündən etibarən olimpiada mərkəzləri mütəmadi olaraq öz fəaliyyətlərini davam etdirəcəklər. Tədris ilinin sonuna qədər bu mərkəzlərdə ildə iki dəfə, həftə içi və həftə sonları olimpiada hazırlıq dərsləri keçiriləcək. Qış və yay tətilləri günlərində qış və yay olimpiadaları təşkil olunacaq. Bununda nəticəsində istedadlı uşaqları daha yaxşı müəyyən etmiş olacağıq. Gələn il üçün bu olimpiada mərkəzlərinə qəbul, yaxud şagird seçimi aparılacaq. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən oktyabr-noyabr-dekabr aylarında  ölkəmizin bütün rayon və şəhərlərində 7-8 sinif şagirdləri arasında fənn müsabiqələri təşkil oluncaq. Həmin fənn müsabiqələrinin nəticəsində aşkar etdiyimiz istedadlı uşaqları olimpiada mərkəzlərinə cəlb edərək onlar üzərində çalışmalarımızı davam etdirəcəyik".
 
Qurum səalhiyyətlisi  onu da əlavə edib ki, olimpiada mərkəzlərinə qəbul tək Bakı-Sumqayıt üzrə deyil, respublikanın digər bölgələri üzrə aparılır: "Bölgələrdən gələn şagirdlər yataqxana və gündə 3 dəfə yüksək səviyyəli yeməklə təmin olunacaqlar. Olimpiada mərkəzlərində tədris yüksək səviyyədə aparılır. Hətta 7-ci sinif qrupundakı şagirdlər arasındakı elə uşaq var ki, onlar artıq 11-ci sinif səviyyəsində olan mövzuları bilirlər. Yəni uşaqlar 7-ci sinifdə oxumalarına baxmayaraq məktəb proqramlarına aid olan bütün məsələləri mənimsəyiblər".
 
Təhsil Nazirliyinin layihə üzrə koordinatoru Fuad Qarayev sonda bildirib ki, olimpiada mərkəzlərinə qəbul 6-ci sinifdən 11-ci sinifə qədər aparılır.
 
Bakı şəhəri üzrə fizika olimpiasının qalibi Əlibaba Orucov ANN.Az-a açıqlamasında bu ildən respublika fənn olimpiadalarına qatıldığını deyib: "3-cü şəhər turunda Bakı üzrə 1-ci yer tutdum. Olimpiadanın axırıncı turunda isə 3 yerdən heç birini tuta bilmədim. Çünki imtahanlarda uğursuzluqlarım olmuşdu. Bunun da əsas səbəbi imtahanın şərtlərini bilməməyim idi. Ona görə də yer tuta bilmədim. Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyə isə 9-cu sinifdən gəlmişəm. Bura gəldikdən sonra bilik səviyyəmdə çox böyük dəyişiklik oldu”.

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin müəlliminin sözlərinə görə, bu il respublika fənn olimpiadlarında  5 şagird olimpiada qalibimiz olub: "8-9-10-ci siniflər arasında keçirilən yarışda bir nəfər qızıl, iki nəfər gümüş, iki nəfər bürünc medal qazandı. Qaliblər riyaziyyat, fizika və informatika fənləri üzrə olimpiadalarda nailiyyət əldə etdilər".
 
Respublika üzrə informatika olimpiadasının birincisi olmuş 10-cu sinif şagirdi Ayxan Həsənov çox gözəl qalibiyyət hissi yaşadığını dilə gətirib: "İnformatika fənni üzrə olimpiada təşkil olunmuşdu və orda iştirak edib qalib oldum. Bu qalibiyyətimi burada işləyən müəllimlərin hesabına qazanmışam. Bu sahəyə marağım lap əvvəldən var idi.  Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydən öyrəndiyim çox şey var. Hər bir müəllimimə ayrıca təşəkkür edirəm”.

Orxan Aslanlı
Fotolar müəllifindi
 



















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb