Azərbaycanın xaricdən buğda idxalı 2 dəfə azalıb

23:20 | 18.03.2024
Azərbaycanın xaricdən buğda idxalı 2 dəfə azalıb

Azərbaycanın xaricdən buğda idxalı 2 dəfə azalıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 30 milyon 889 min dollar dəyərində 134 870 ton buğda idxal edilib.Bu barədə Dövlət Gömrük Komitəsindən xəbər verilib.

2023-cü ilin eyni aylarında Azərbaycana 81 milyon 988 min dollar dəyərində 268 114 ton buğda idxal edilmişdi.

Beləliklə, ötən il müqayisədə Azərbaycana buğda idxalı miqdar ifadəsilə 2 dəfə, dəyər ifadəsilə 2.6 dəfə azalıb.

1 ton buğdanın orta hesabla idxal dəyəri 306 dollardan 229 dollara düşüb (77 dollar azalıb).

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb