Azərbaycanlı aparıcı Amerikaya köçmək üçün maşını satdı

11:29 | 05.10.2014
Azərbaycanlı aparıcı Amerikaya köçmək üçün maşını satdı

Azərbaycanlı aparıcı Amerikaya köçmək üçün maşını satdı

Teleaparıcı Səxavət Nur bir müddətdir ki, Vaşinqtonda yaşayır. Aparıcı bu barədə vesti.az saytına bildirib:

“Vaşinqtonda ingilis dilini yüksək səviyyədə öyrənirəm. Bu, mənə ali təhsil almaqda kömək edəcək. Əsl peşəm hüquqşünasdır. Hər zaman xaricdə jurnalistika sahəsində təhsil almağı arzulamışam. ABŞ səfərimdə belə bir şans qazandım. Ümid edirəm, yaxşı alınacaq. Beş aydır buradayam. Bakıya ən tez iki ildən sonra qayıtmağı planlaşdırıram. Heç kim mənə hansısa uğuru qazandığımı demirdi. Buna görə də, üzərimdə işləmək qərarına gəldim. Vətənə peşəkar, dünya səviyyəsində tanınan bir jurnalist kimi qayıdacam”.

Səxavət xaricə getmək üçün avtomobilini və evini satması xəbərlərinə də aydınlıq gətirib:

“Bura gəlmək üçün maşınımı və balaca torpaq sahəmi satdım. Çünki təhsil üçün pul lazım idi. Bakıda nə şayiələr danışırlarsa, əhəmiyyət vermirəm. Burada başa düşdüm ki, mən kimə lazımam. Yaxın dostlarımdan və ailəmdən başqa heç kim məni xatırlamır. Bura ailəmi gətirməmişəm. Onlar Bakıdadır. Oğlum məktəbdə oxuyur, həyat yoldaşım işləyir. Onları da Amerikaya gətirməyi çox istərdim. Oğlum üçün çox darıxıram. Hərdən hər şeyi atıb, qayıtmaq istəyirəm”. 

qafqazinfo

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb