Azərbaycanlı cazmenə İsveçrə heyran qaldı

12:00 | 26.10.2014
Azərbaycanlı cazmenə İsveçrə heyran qaldı

Azərbaycanlı cazmenə İsveçrə heyran qaldı

Oktyabrın 21-dən 25-dək Bern şəhərindəki İnnere Enge hotelinin Marian Jazzroom salonunda Azərbaycanın tanınmış caz ifaçısı Əminə Fiqarovanın rəhbərlik etdiyi “Amina Fiqarova Nez York Quintet” qrupunun silsilə konserti təşkil olunub.

Azərbaycanın İsveçrə və Lixtenşteyn knyazlığındakı səfirliyindən bildiriblər ki, eksklüziv konsert proqramı ilə çıxış edən Əminə Fiqarovanın ifasını Bern şəhərinin ictimaiyyəti ilə yanaşı İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri də dinləyiblər.

Konsertlər zamanı həmyerlimiz özünün bəstələdiyi caz musiqiləri barədə də tədbir iştirakçılarına məlumat verib və bəstələrinin ecazkar ruhunun Azərbaycandan qaynaqlandığını bildirib.

Konsertlər maraqla qarşılanıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM