Azərbaycanlı futbolçunun sərvəti - FOTO

18:58 | 30.05.2014
Azərbaycanlı futbolçunun sərvəti - FOTO

Azərbaycanlı futbolçunun sərvəti - FOTO

Azərbaycan futbolçularının meydançada göstərdikləri performans bizi həmişə qane etmir. Oyunçularımızın yaşıl sahəni başıaşağı tərk eməsinə də artıq vərdiş etmişik. Oyunun elə də ürəkaçan olmamasına baxmayaraq, futbolçularımızın həyat tərzi heç də avropalı həmkarlarından geri qalmır. Onlar bahalı alman avtomobilləri sürür, villalarda yaşayır və məşhur brendlərin paltarlarını geyinirlər.ANN.Az Milli.az-a istinadən xəbər verir ki, tanınmış futbolçu, "Neftçi" klubunun və Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun Facebook profilinə yüklədiyi fotolara baxarkən buna bir daha əmin olmaq mümkündür.Sumqayıtda yaşayan Mahir Şükürov şəhərin ən prestijli rayonlarından birindəki bahalı villanın önündə öz avtomobilini nümayiş etdirir. Onun maşınındakı dövlət qeydiyyat nişanı da sadə deyil. BMW X5 markalı avtomobil və 50-CB-500 kimi bir nömrəni almaq hər Sumqayıt sakininin cibinə görə deyil.Görünür, dövlətimiz və komandalar futbolçuların həyat tərzinin yaxşı olması üçün heç nəyi əsirgəmir. Təki onlar məişət problemlərini düşünmədən yalnız diqqəti futbola və məşqlərə yönəltsinlər. Meydançada göstərilən oyun isə dövlətin və komandaların bu zəhmətinin hədər olduğundan xəbər verir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb