Azərbaycanlı idmançılar Soçi Olimpiadasında - FOTO

09:50 | 17.02.2014
Azərbaycanlı idmançılar Soçi Olimpiadasında - FOTO

Azərbaycanlı idmançılar Soçi Olimpiadasında - FOTO

Fevralın 16-da Soçi Qış Olimpiya Oyunlarının 10-cu günündə  cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlayıb.Modern.az xəbər verir ki, “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər.Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar.İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-cü pillədə qərarlaşıblar.Duetimiz fevralın 17-də sərbəst proqram üzrə yarışacaq.Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue – Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix – Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb