Azərbaycanlı müğənni “O səs Türkiyəni” heyrətləndirdi

12:35 | 01.12.2014
Azərbaycanlı müğənni “O səs Türkiyəni” heyrətləndirdi

Azərbaycanlı müğənni “O səs Türkiyəni” heyrətləndirdi

"Eurovision 2008”də ölkəmizi təmsil edən Elnur Hüseynov "O səs Türkiyə”yə qatılıb.
 
 
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə prodüsser Tolik İnstagram səhifəsində yazıb.

"Bax budur Azərbaycanın səsi!!! 75 milyonluq Türkiyədə tapılmayan səs Azərbaycandan çıxdı. Bax belə insanları qoruyub, ucaldıb arxa çıxmaq lazımdır! Yoxsa bəzi boşbaş müğənnilər, musiqiden bixəbərlər sevgili hesabına klip çəkdirib efirə çıxanlar, onun bunun üstünə adam göndərənlər, üç gün efirə çıxıb özünə nömrə bir deyənlər. Siz bu insanın səsi qarşısında heç kimsiniz!!! Onun adı Elnur Hüseynovdur.

Onun adı Elnur Hüseynovdur. Çalışın ki, onu da vətəndən küsdürüb başqa ölkələrə yem etməyin. Burda bəzi özlərini kişi hesab edərək kimlərisə qınayanlara da aiddir... Kişiliyin meyarı güclə ölçülmür! Elnur təkrarsız səsi ilə Avropanı necə lərzəyə gətirmişdisə, "O səs Türkiyəni” də dəhşətə gətirdi”.

ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb