Azərbaycanlı icra başçısı bazarda... - FOTOLAR

11:13 | 02.03.2020
Azərbaycanlı icra başçısı bazarda... - FOTOLAR

Azərbaycanlı icra başçısı bazarda... - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 29 fevral tarixində Bala Bəhmənli kəndində (Dörd yol adlanan ərazidə) olub, vətəndaşlarla görüşüb. 

Anews.az bildirir ki, o, bazarlarda, topdansatış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət edib. Alı Alıyev vətəndaşları narahat edən məsələlərlə, onların problem və qayğıları ilə maraqlanıb.

Alı Alıyev Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.

Rayon sakinləri bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər. //qafqazinfo




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb