Azərbaycanlı investorlar Ukraynaya sərmayə yatıracaq

18:26 | 14.01.2016
Azərbaycanlı investorlar Ukraynaya sərmayə yatıracaq

Azərbaycanlı investorlar Ukraynaya sərmayə yatıracaq


Ukraynanın Sumı vilayətinin dövlət administrasiyasının rəhbərliyi azərbaycanlı investorlarla Romensk rayonunda ümumi dəyəri 22 mln. dollar və illik gücü 220-230 min ton həcmində olan soya emalı zavodunun tikintisi ilə bağlı razılığa gəliblər.
 
"APA-Economics”in Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə administrasiyanın rəhbəri Nikolay Kloçko bildirib.
 
Tikintisi planlaşdırılan soya zavodunun emalı üzrə ilkin mərhələdə 200-dən çox yeni iş yerinin açılması gözlənilir.
 
"Bundan başqa, 2016-cı ildə vilayətin Belopolsk vilayətindəki keçmiş Veliko-Jovtnev şəkər zavodunun bazasında ilk növbədə alternativ yanacaq növləri, xüsusilə də bioetanın istehsalı ilə məşğul olacaq müəssisənin açılışı planlaşdırılıb”, - deyə o bildirib.
 
N. Kloçko vurğulayıb ki, bu investisiya layihələri barədə əminliklə danışmaq mümkündür: "Çünki, bu layihələrin altında konkret razılıq və fəaliyyət durur”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb