Azərbaycanlı tələbələr Fransaya gedəcək

14:14 | 01.06.2016
Azərbaycanlı tələbələr Fransaya gedəcək

Azərbaycanlı tələbələr Fransaya gedəcək

Azərbaycan Dövlət İqtisad Universitetinin 5 azərbaycanlı tələbəsi gələn il Fransız-Amerikan Menecment Tədris Mərkəzində (CEFAM) bir semestr təhsil almaq üçün Fransaya gedəcəklər.
 
Onlar CEFAM və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil edilən müsabiqə yolu ilə seçiliblər. Müsabiqə "Azərbaycanın iqtisadi diversifikasiyası" mövzusunda inşa yazısı, dil bilikləri testi və fərdi müsahibələrdən ibarət idi.
 
4 ay müddəti (bir semestr) əhatə edən təhsil təqaüdləri Azərbaycandan gediş-gəliş biletini qarşılayır və hər ay 850 avro təklif edir.
 
Avropa İttifaqının Erasmus + Proqramı tərəfindən maliyyələşdirilən bu proqram, artıq yüksək səviyyədə olan fransız-azərbaycan universitet əməkdaşlığını daha da gücləndirir və Azərbaycanın gələcək elitar nəslinin hazırlanmasında Fransanın öhdəliyini vurğulayır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb