Azərbaycanlıların Türkiyədən aldığı mənzillərin sayı açıqlandı

11:59 | 24.12.2015
Azərbaycanlıların Türkiyədən aldığı mənzillərin sayı açıqlandı

Azərbaycanlıların Türkiyədən aldığı mənzillərin sayı açıqlandı

Cari ilin noyabr ayında azərbaycanlılar Türkiyədən 88 ədəd mənzil alıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin yanvar-noyabr ayları üzrə açıqladığı məlumatında deyilib. 

Komitədən qeyd edilib ki, cari ilin 11 ayında Azərbaycanlıların Türkiyədən aldığı mənzillərin sayı 733 ədəd olub. 

Qeyd edək ki, cari ilin təkcə avqust ayında həmvətənlərimiz qonşu ölkədən 54 ədəd, sentyabrda 56, oktyabrda isə 77 ədəd mənzil alıb.  

Noyabrda İraq vətəndaşları Türkiyədən 495 ədəd, Səudiyyə Ərəbistan 226, Küveyt 193, Rusiya 136,  Əfqanıstan vətəndaşları isə 98 mənzil alıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb