Azəri-Çıraq-Günəşli yatağının gəlirləri açıqlanıb

17:28 | 08.02.2023
Azəri-Çıraq-Günəşli yatağının gəlirləri açıqlanıb

Azəri-Çıraq-Günəşli yatağının gəlirləri açıqlanıb

Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 2023-cü ilin yanvarında 625 milyon 74 min dollar gəlir əldə edilib. Bu barədə Fonddan bildirilib.
 
Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG yatağından 683 milyon 114 min dollar gəlir əldə olunub.
 
Dövlət Neft Fondundan bildirilib ki, bir il ərzində "Şahdəniz” yatağından (qaz və kondensat) 1 milyard 443 milyon dollar gəlir əldə olunub.

O cümlədən, "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.
 
ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur. Fonda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neft və qazın ölkə ərazisindən nəqli üzrə tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən və s. gəlirləri toplanır.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb