“Azərkosmos” Fransadan peyk aldı

16:04 | 05.12.2014
“Azərkosmos”  Fransadan peyk aldı

“Azərkosmos” Fransadan peyk aldı

"Azərkosmos” ASC Fransanın "Airbus Defence and Space" şirkətindən Yer səthinin məsafədən müşahidə peykini aldı

 

Yeni adı Azersky olacaq Spot 7 yüksək ayırdetməliYer səthinin məsafədən müşahidə peyki Azərbaycanın milli peyk operatoru "Azərkosmos” ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos” ASC-yə təhvil verildi. Azərbaycan və Fransa arasında münasibətlərin inkişafı istiqamətində atılmış mühim addım olan müqavilə Bakutel 2014 Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.

 

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos”-a məxsus Azersky və Airbus Defence and Space şirkətinə məxsus SPOT 6 yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. Azersky və SPOT 6 peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün Azersky və SPOT 6 peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.

 

Qeyd edək ki, Azersky Hindistanın PSLV raketi ilə 30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılıb.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb