Bağça qalmaqalı: uşağı “silkələmək” xəstəlik yaradır – Həkim

11:42 | 12.06.2018
Bağça qalmaqalı: uşağı “silkələmək” xəstəlik yaradır – Həkim

Bağça qalmaqalı: uşağı “silkələmək” xəstəlik yaradır – Həkim

Balaca uşaqları silkələmək onların sağlamlığına mənfi təsir edir.

Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev dünən "Kids Studio” bağçasında uşaqlara qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib. O bildirib ki, uşağı silkələdikdə onda müxtəlif xəstəliklər yarana bilər:

"Dünənki açıqlamada bir cümlə getmişdi ki, tərbiyəçi uşağı döyməyib, silkələyib. Bizdə daha çox ya hövsələsizlikdən, ya da baba-nənə sevgisindən südəmər uşaqları silkələyirlər. Qəti şəkildə uşağı silkələmək olmaz. Davamlı silkələnən uşaqlarda qusma, qıcolma, yuxululuq və ya oyanıqlıq olur. Bunun ən ciddi ağırlaşmaları korluq, karlıq, beyinə qansızma, nitq pozğunluğu, ağıl zəifliyi və s. ola bilər. Bağça yaşlı uşaqların da davamlı olaraq sifətinə və başına zərbələr vurularsa, eyni əlamətlər müşahidə olunacaq”.

Qeyd edək ki, "Kids Studio” bağçasında uşaqların döyülmə videosu ictimailəşəndən sonra tərbiyəçi Firuzə Tağıyeva qovulub, bağça isə bağlanıb. Təhsil Nazirliyi bağçanın lisenziyasız fəaliyyət göstərdiyini açıqlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM