Bakı aeroportunda insident

17:30 | 03.09.2014
Bakı aeroportunda insident

Bakı aeroportunda insident

Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbuldan gələn Azərbaycan vətəndaşının çamadanında soyuq silah aşkar edilib. ANN.Az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Kərim Ziyadxanova məxsus baqaj rentgen aparatından keçərkən monitorda bıçağa oxşar əşyanın təsviri görünüb.Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman K.Ziyadxanova məxsus çamadandan gömrük nəzarətinə təqdim olunmayan, metaldan hazırlanan və ümumi uzunluğu təxminən 290 mm, "beşbarmağ"a oxşar dəstəyində isə "U.S.1918" hərf və rəqəm işarələri həkk olunan 1 ədəd bıçaq aşkar edilib.İlkin araşdırma zamanı K.Ziyadxanov izahatında aşkar olunan bıçağı San-Marinodan suvenir kimi 20 avroya aldığını, lakin qadağan olunduğunu bilmədiyinə görə Azərbaycan Respublikasına gətirdiyini deyib.Ədliyyə Nazirliyi Мәһkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet zavod üsulu ilə istehsal edilib, iki tərəfi kəsici, ucu deşici və əzici-vurucu xassələrə malik, kombinə edilmiş kastet-xəncərdir və soyuq silah hesab edilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb