Bakı metrosunda faciə: Ölüm hadisəsi

12:30 | 11.12.2014
Bakı metrosunda faciə: Ölüm hadisəsi

Bakı metrosunda faciə: Ölüm hadisəsi

Ölən qadın metropoliten işçisidir

Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında ölüm hadisəsi olub.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, dünən 4 saylı təcili tibbi yardım briqadasına stansiyada 55-60 yaşlı qadının halının kəskin pisləşməsi ilə bağlı müraciət daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. İlkin müayinədən sonra qadının vəfat etdiyi məlum olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, dünyasını dəyişən qadın Bakı Metropolitenini əməkdaşıdır. Qadının ölüm səbəbi hələlik tam dəqiqləşməyib. Faktla bağlı araşdırmalar aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM