“Bakcell”in yeni Müştəri Xidmətləri Mərkəzində abunəçilər mükafatlandırılıb

14:35 | 17.10.2014
“Bakcell”in yeni Müştəri Xidmətləri Mərkəzində abunəçilər mükafatlandırılıb

“Bakcell”in yeni Müştəri Xidmətləri Mərkəzində abunəçilər mükafatlandırılıb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin bir müddət əvvəl istifadəyə verilən yeni Müştəri Xidmətləri Mərkəzinə müraciət edən bəzi abunəçilər xoş sürprizlə qarşılaşıblar.Ü.Hacıbəyov 48 ünvanında, Sahil Bağının yanında yerləşən yeni ofisinin açılış mərasimində elan olunduğu kimi, tədbirdən sonrakı 7 gün ərzində mərkəzə gələn hər yüzüncü abunəçiyə “Bakcell”in yeni ALOV smartfonu hədiyyə olunub. Kampaniya çərçivəsində 18 Bakcell abunəçisi hədiyyə qazanıb.Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, Android əməliyyat sistemində olan ALOV smartfonu cəlbedici, güclü və eyni zamanda münasib smartfon axtarışında olanlar üçün gözəl təklifdir. Alov smartfonu yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: 3G İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.Abunəçilərinə göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq və onları daha əlçatan etmək üçün Bakcell həm Bakı şəhərində, həm də bütün ölkə ərazisində xidmət şəbəkəsini genişləndirir. Bu ilin ötən bir neçə ayı ərzində Azərbaycanın müxtəlif regionlarında və Bakıda yeni xidmət mərkəzləri fəaliyyətə başlayıb.Hazırda 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb