Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək

14:50 | 16.09.2014
Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur. 2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2014-cüil 18-28 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 nəfər tanınmış musiqiçi və kollektivlər- Belarus Respublikasının Dövlət Kamera Orkestri, "Arirang" nəfəs alətləri kvinteti, "Avstraliyanın gənc virtuozları" ansamblı, YevgeniBuşkov, İlya Qrubert, Aleksandr Novosyolov, LüdmilaTrifonova, KseniyaKnorre, AndrisVecumniyeks, KasparasUinskas, Vladimir Qromov, eyni zamanda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Rauf Abdullayev, Gülbacıİmanova, Ağaverdi Paşayev, Ceyhun Allahverdiyev, Nəzakət Teymurova, Mənsum İbrahimov, Fəridə Məmmədova, gənc istedadlı musiqiçilər Əyyub Quliyev, Riad Məmmədov, İlham Nəzərov, Ramil Qasımov və başqaları Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Kamera və Orqan Musiqisi Zalı, Dövlət Akademik Opera və Balet Teatrı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayon "Qarabağ" Muğam Mərkəzində keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Azərbaycanlı və xarici musiqiçilərin rəngarəng konsert proqramlarında birgə çıxışları festivalın əsas ideyasını - mədəniyyətlərarası dialoq ideyasını əks etdirir. Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərin təşkili də planlaşdırılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM