Bakıda cazmen Trilok Qurtunun konserti keçirildi - ANN TV

15:22 | 29.10.2014
Bakıda cazmen Trilok Qurtunun konserti keçirildi - ANN TV

Bakıda cazmen Trilok Qurtunun konserti keçirildi - ANN TV

Dünən Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Bakıda Caz Festivalı çərçivəsində növbəti konsert keçirildi. Bu dəfə Bakı auditoriyasının qarşısında Hindistandan olan caz ustası Trilok Qurtu gənc cazmenlərin daxil olduğu qrupu ilə çıxış etdi. Trilok Qurtu 30 oktyabr 1951-ci ildə Bombeydə anadan olub. O, musiqiçi ailəsində dünyaya göz açıb: anası məşhur klassik musiqi müğənnisi, babası ənənəvi hind musiqisi ifaçısıdır. 60-cı illərdə cazla maraqlanan Trilok WAVEFRONT layihəsinin iştirakçısı olub. Elə bu layihə ilə 1973-cü ildə ilk dəfə olaraq Avropaya gəlib. Burada o, daha sonra əfsanəvi cazmen Don Çerri, Ravi Şankar, Zakir Hüseyn və Oregon proqressiv caz ansamblı ilə çıxış edib.Qurtu bir çox albomların müəllifidir. Musiqiçinin son işləri - "African Fantasy" (2000) və "The Beat of Love" (2001) albomlarıdır. 2002-ci ildə isə "Remembrance" albomu çıxdı.Konsert tamaşaçıların gurultulu alqışlarının müşayiəti ilə keçdi, onları buna vadar edən isə elə Qurtunun özü oldu. Səhnədə çıxış edərkən o, nəinki ustadlıqla zərb alətlərində ifa edərək inanılmaz ritmlər yaradırdı, həmçinin bundan zövq alan tamaşaçılarla danışmağa da imkan tapırdı.Çıxış bitirdikdən sonra, tamaşaçıların sürəkli alqışları altında musiqiçilər yenidən səhnəyə qayıtdılar və son olaraq daha bir musiqi kompozisiyası ifa etdilər…Rüstəm QasımovAynur Məmmədova

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM