Bakıda "danışan" məzarlar - FOTOLAR

17:21 | 13.03.2015
Bakıda

Bakıda "danışan" məzarlar - FOTOLAR

Qəbiristanlıq kəlməsi bizim gündəlik danışığımızda istifadə etdiyimiz kəlmə deyil: insanların əksəriyyəti ölüm, ölü, qəbiristanlıq kimi kəlmələri eşitməməyə, onlardan uzaq qaçmağa meyllidir. Çünki insan ölümdən qorxur və daima yaşamağa can atan məxluqun belə davranışı başadüşüləndir. 

Qəbiristanlıq başqa bir dünyadır: sükunət dolu, fani, bir az da vahiməli. Bəzi filosoflar insanları tez-tez qəbiristanlığa getməyə səsləyirlər. Çünki həyatın mənasını ölülərin arasında müəyyən qədər dərk etmək mümkündür. Qəbiristanlıqlarda yatanlar da bir zamanlar nəfəs alırdılar, yaşayırdılar, deyirdilər, gülürdülər, kədərlənirdilər. İndi isə yoxdurlar, torpağa qarışaraq yoxa çıxıblar... Qəbiristanlıqlar bizə həyatın nə qədər fani olduğu mesajını göndərir. 

Həyat var və yoxdu, ölüm qaşla göz arasındadır. Bir gün hamı ölüb gedəcək, ona görə də həyatı mənalı, bir-birimizlə yardımlaşaraq, bir-birimizi başa düşərək keçirməyimizdən gözəl şey yoxdur. İnsan yalnız başqalarına, ailəsinə, cəmiyyətinə, ölkəsinə, bəşəriyyətə fayda verdiyi təqdirdə qiymətlidir. Həyatın mənası yalnız bunda ola bilər. 

ANN.Az-ın fotoqrafı Bakının müxtəlif məzarlıqlarından fotosessiya hazırlayıb. Burada hər bir məzar insana nəsə pıçıldayır. Nə pıçıldadığını isə hər kəs özü üçün müəyyənləşdirməlidir...

Foto: Fərqanə Novruzova

ANN.Az
 















































0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM