Əfv fərmanıyla azadlığa çıxanlar - FOTOLAR

18:15 | 19.03.2015
Əfv fərmanıyla azadlığa çıxanlar - FOTOLAR

Əfv fərmanıyla azadlığa çıxanlar - FOTOLAR

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb.

Prezidentin dünən, martın 18-də imzaladığı sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

Qeyd edək ki, əfv olunanlar arasında ictimaiyyət arasında tanınan şəxslər də var. Onlara misal olaraq, Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlını, ilahiyyatçı Anar Qasımlını, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında "Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyevi və "NİDA” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadəni göstərmək olar.
 
ANN.Az-ın fotoqrafı Fərqanə Qasımovanın 2 saylı cəzaçəkmə müəssisəsindən çəkdiyi fotoları təqdim edirik.

ANN.Az
 







0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM