Abbasqulu ağa Bakıxanovun kəndindən FOTOLAR

11:43 | 01.04.2015
Abbasqulu ağa Bakıxanovun kəndindən FOTOLAR

Abbasqulu ağa Bakıxanovun kəndindən FOTOLAR

Əmircan kəndi Abşeron yarımadasının cənub-qərbində yerləşir. 

Kəndin ərazisi  2,6 min kvadrat km, əhalisi isə 30 mindən ibarətdir. Əvvəl adı Xilə, sonradan isə Əmircan qoyulub. Deyilənə görə, qədim zamanlarda burda Hillə qəbiləsi yaşamış (bəzi mənbələr onu Xilə tayfaları kimi təqdim edir), kəndin adı da buradan götürülüb. Xilə adının ərəblərin ölkəmizə hücumları dövründə qoyulduğu güman olunur. Azərbaycanda Xilə adında bir neçə kənd mövcuddur. Lakin Abeşrondakı Xilənin - indiki Əmircanın yaşca digərlərindən böyük olduğu vurğulanır. 

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm” əsərində doğma kəndi Əmircanı "Əmir Hacan” kimi təqdim edib.  Əmircan üləmaların, ruhanilərin, söz-sənət ustalarının da ana yurdu olub. Kənd abidələri, məscid və minarələri ilə digər kəndlərdən xüsusi seçilir.




































0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb