Bakıda əyləncəli sərgi: "Qadın ətri" - FOTOLAR

18:45 | 26.11.2014
Bakıda əyləncəli sərgi:

Bakıda əyləncəli sərgi: "Qadın ətri" - FOTOLAR

Rüstəm Qasımov
 

Bu günlərdə "Art Villa" qalereyasında "Arts Council Azerbaijan" və "Gənclər Şəbəkəsi" qeyri-hökümət təşkilatının dəstəyilə "Qadın ətri" sərgisi açıldı.Mübahisəli adı olan sərgi bizim gözləntilərimizi doğrultdu. Vernisajda gənc rəssamlar və heykəltəraşlar öz əl işlərini təqdim edirdilər, bunların arasında: rəngkarlıq, fotoqrafiya, heykəltaraşlıq, qobelen nümunələri də var idi.Sonra sərginin rəsmi açılışı oldu, məşhur Azərbaycan rəssamı, "Art Council Azerbaijan"ın rəhbəri Dadaş Məmmədov və "Gənclər Şəbəkəsi"nin sədri Fərid Qarayev açılış nitqiylə çıxış edərək, hərəkatın üzvlərini ildönümü münasibətilə təbrik etdilər.  "Art Council Azerbaijan"ın Sumqayıt şəhəri üzrə rəhbəri İntiqam Ağayev təntənənin səbəbkarlarına sertifikatlar verdi.Sərgidə Zöhrab Salamovun, Aişə Məhərrəmovanın, Fəxri Abbasovun, Daşqın Bayramovun, Fəridə Qarayevanın, Lalə Hüseynovanın, İmran Mehdiyevin, Nəzrin Musayevanın, Eldar Həsənovun, Arzu Mürvətovanın, Zamin Rzayevin, Elnur Həsənovun və başqalarının əsərləri nümayiş olunurdu.ANN.Az portalı gənc rəssamların "Qadın ətri" sərgisindən fotoları oxucuların diqqətinə təqdim edir:

 

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb