Bakıda gənc şairələrin II Beynəlxalq forumu başlayıb

11:56 | 14.03.2014
Bakıda gənc şairələrin II Beynəlxalq forumu başlayıb

Bakıda gənc şairələrin II Beynəlxalq forumu başlayıb

 Martın 14-də Beynəlxalq Muğam Mərkəzində gənc şairələrin ikinci Beynəlxalq forumu işə başlamışdır.AzərTAc xəbər verir ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan forumda 24 ölkədən nümayəndələr iştirak edirlər.Əvvəlcə gənc şairələrin birinci Beynəlxalq forumundan videogörüntülər nümayiş olunmuşdur.Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov, Xalq Artisti Fəxrəddin Manafov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları çıxış edərək layihənin artıq ənənə halını aldığını söyləmişlər. Bildirilmişdir ki, forum gənc şairələrin bir-biri ilə yaradıcılıq mübadiləsi aparmaq, xalqların qarşılıqlı surətdə mədəniyyətlərini öyrənmək baxımından əhəmiyyətə malikdir.Qeyd olunmuşdur ki, forum iştirakçıları üçün mədəni proqramlar təşkil edilmişdir. Onlar bu proqramlar vasitəsilə Bakıda qədim mədəni irs nümunələrimizlə tanış olurlar.Artıq ikinci ildir keçirilən foruma bu il Almaniya, Koreya Respublikası, Bəhreyn, İtaliya, Belçika və Özbəkistanı təmsil edən gənc şairələr də qatılmışlar. Təşkilata forumda iştirak üçün 100-dən çox müraciət daxil olmuş, onların arasından 30 iştirakçı seçilmişdir.Forumda iştirakçılar öz əsərlərini təqdim etmişlər.Beynəlxalq forumun ikinci hissəsində isə 3 mövzu ətrafında müzakirələr aparılacaqdır. “Şərq-Qərb mədəni müxtəlifliyi qadınların perspektivində”, “XXI əsrdə ədəbiyyatda yeni meyllər” və “Ədəbiyyatda sülhə çağırış meylləri” mövzularında seminarlara Xalq Yazıçısı Çingiz Abdullayev, yazıçı-publisist Günel Anarqızı və Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva moderatorluq edəcəklər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb