Bakıda Holdinq prezidenti həbs edildi - TƏFƏRRÜAT

12:45 | 27.05.2014
Bakıda Holdinq prezidenti həbs edildi - TƏFƏRRÜAT

Bakıda Holdinq prezidenti həbs edildi - TƏFƏRRÜAT

“Merac Holdinq”in prezidenti Səbuhi Əliyev həbs edilib.

AzNews.az-a daxil olan məlumata görə bu günlərdə Bakıda keçirilən “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının əsas təşkilatçılarından olan S.Əliyev barəsində 24 may tarixində Binəqədi rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, ona qarşı rüşvət və dələduzluq maddələri ilə ittiham irəli sürülüb. Səbuhi Əliyevin hazırda Kürdəxanı təcridxanasında saxlanıldığı deyilir. Məlumata görə, onun həbsinin maksimum dərəcədə gizli saxlamağa çalışıblar.Bunun səbəbi isə bu həbsdən sonra Bakıda keçirilən “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının təxirə düşmə ehtimalının olmasıdır.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM