Bakıda mənşəyi bilinməyən quş əti aşkarlandı - Fotolar

17:06 | 12.05.2015
Bakıda mənşəyi bilinməyən quş əti aşkarlandı - Fotolar

Bakıda mənşəyi bilinməyən quş əti aşkarlandı - Fotolar

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib.

Xidmətdən Oxu.Az-a verilən məlumata görə, aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyən olunub. Araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib.
 
Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) aşkar edilib. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb