Bakıda rus maşınları ucuzlaşdı - Qiymətlər

18:36 | 24.12.2014
Bakıda rus maşınları ucuzlaşdı - Qiymətlər

Bakıda rus maşınları ucuzlaşdı - Qiymətlər

Bakıda rus maşınları ucuzlaşıb.

ANN.Az fins.az-a istinadən xəbər verir ki, bu haqda rus maşınlarının Azərbaycanda rəsmi təmsilçisi "Xəzər-Lada” şirkətindən bildirilib.
 
Şirkətdən verilən məlumata görə, ucuzlaşma "Lada Priora” və "Niva” modellərində olub.  "Lada Priora” 1000 manat ucuzlaşıb. Belə ki, əvvəl 11 600 manata satılan avtomobil artıq 10 600 manatdır. 9700 manata satılan "Niva”lar isə hazırda 200 manat endirimlə 9500 manat satılır. Endirim kampaniyası ayın sonuna kimi davam edəcək. Şirkətdən verilən məlumata görə, qiymətlərdə endirim il sonu bütün avtomobillərdə olan ucuzlaşma ilə bağlıdır: "İlin sonuna yaxın bütün avtomobillərdə ucuzlaşma baş verir. Bu da əsasən insanların il sonu avtomobil almağa maraq göstərməməsi ilə bağlıdır. Məsələn, əvvəl ay ərzində 2-3 maşın satırdıqsa, indi ay ərzində 1-2 avtomobil alınır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb