Bakıda unikal kamera tamaşası - FOTOLAR

18:39 | 27.05.2014
Bakıda unikal kamera tamaşası - FOTOLAR

Bakıda unikal kamera tamaşası - FOTOLAR

Bu günlərdə Bakı Lüteran kilsəsinin Kamera və Orqan Musiqi Zalında unikal tamaşa göstərildi.

Mənə elə gəlir ki, musiqiçilərin və aktyorların iştirakı ilə belə tamaşa axırıncı dəfə bizim şəhərimizdə düz 50 il əvvəl göstərilib. Tamaşaçılar xalq nağıllarının motivləri əsasında yazılmış poemanın oxunmasıyla müşayiət edilən "Əsgər haqqında nağıl"ın dahi bəstəkarı İqor Stravinskinin süitasından həzz almaq üçün zalı doldurmuşdular.

XX əsrin əvvəlində avanqard sayılan bu əsər ilk dəfə 1918-ci ildə Lozannada tamaşaçılara göstərilərkən o, instrumentalçılara çox mürəkkəb görünmüşdü. İkinci çətinlik ondan ibarətdir ki, musiqi ifasını evə qaçmış əsgərin şeytanla münasibətlərindən bəhs edən aktyorların teatr işi tamamlamalı idi. Bunu bacarfmaq o qədər də asan iş deyildi. Amma bizimkilər bunun öhədisndən gələ bildi…Hekayənin qısa məzmunu belədir: Evə qaçan əsgər şeytanla saziş bağlayır. Varlanır, şahzadə ilə evlənir, amma əsgərin qoca anası oğlunu tanımır, əsgərin keçmiş arvadı isə çoxdan ərdədir və öz uşaqları var.Saray həyatı onunçün doğma ana daxmasından şirin ola bilmir. O, saraydan qaçıb öz kasıb kəndinə gəlir. Amma nə qədər iblis sazişindən qurtulmağa çalışdısa da, nəticədə buna müvəffəq olmur və yoxa çıxır.Tamaşaçılara və beş aktyora hesablanmış hərəkətlərin oynanıldığı, sirli pauzaları olan kəskin və emosiyalarla dolu süitanı Azərbaycanın xalq artisti Məbud Məhərrəmovun ifasında tamaşaçılar bir nəfəsə izləyirdilər. Zalda nə mobil telefon zəngi, nə də səs-küy vardı, ifa yalnız uzun sürən alqışlarla müşayiət olunurdu.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM